Məzuniyyət zamanı işləmək üçün dünyanın ən yaxşı şəhərinin adı açıqlandı
Dünya
31-08-2023, 11:30
517
Məzuniyyət zamanı işləmək üçün dünyanın ən yaxşı şəhərləri reytinqinə Barselna başçılıq edir.
Bu barədə nüfuzlu IWG şirkəti tərəfindən hazırlanan hesabatdan məlum olur.
Bildirilir ki, reytinqdə ümumilikdə 26 şəhər təmsil olunub. Onlar iqlim, mətbəx, mədəniyyət, yaşayış və internet sürəti daxil olmaqla səkkiz kateqoriya üzrə 1-dən 10-a qədər miqyasda qiymətləndirilib.
“Biz xaricdə işləmək üçün optimal mühiti seçməyə imkan verən və əsas həyat standartlarını özündə birləşdirən kateqoriyalar seçmişik”, - deyə IWG-nin nümayəndəsi bildirib.
Kataloniyanın paytaxtı yüksək sürətli internetə və nisbətən ucuz mənzil qiymətlərinə malik olduğu üçün yüksək bal toplayıb. Belə ki, şəhərdə mənzil kirayəsinin orta qiyməti ayda 1158 dollar olduğu halda, siyahının ən bahalı şəhəri olan Nyu-Yorkda bu rəqəm ayda 3632 dollara çatır. Bir fincan qəhvə Los-Ancelesdə 4,92 dollar, yaxud Pekində 4,57 dollardırsa, bu şəhərdə 2,68 dollara başa gəlir.
Barselona həmçinin günəş, dəniz, qum və kosmopolit atmosferin unikal birləşməsi adlandırılırb.
Siyahıda ikinci yeri Toronto, üçüncü yeri Pekin tutub. İlk onluğa həmçinin Milan, Nyu-York, Rio-de-Janeyro, Amsterdam, Paris, Cakarta və Lissabon daxil olub.
Mənbə: İnterfaks