Rusiyanın Qafandakı Baş Konsulluğu bu tarixdə açılacaq
Dünya
3-11-2023, 22:14
516
Rusiyanın Ermənistanın Sünik vilayətinin Qafan şəhərindəki Baş Konsulluğu 2024-cü ilin əvvəlinə kimi fəaliyyətə başlaya bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qafanda baş konsulluğun açılması üzrə qabaqcıl qrupunun rəhbəri Andrey Şanin bildirib.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Qafan şəhərində Baş Konsulluğunun yaradılması haqqında fərman imzalayıb.
"Bu, real, praktiki işə başlamaq üçün çox mühüm addımdır. Biz ondan çıxış edirik ki, gələn ilin əvvəlinə planlaşdırıldığı kimi, Kapandakı konsulluğumuz fəaliyyətə başlayacaq", - Şanin bildirib.