Arvadından bir ay sonra da özü öldü
Dünya
28-11-2023, 21:34
447
Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb.
Ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib.
S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb. Susana Karakaş Sərkan Karakaşın həyat yoldaşı idi.