Mqer Qriqoryan: “Delimitasiya komissiyalarının növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək”

Dünya
15-12-2023, 15:23 385

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarnın yeni görüşünün tarixi və yeri hələ müəyyən edilməyib”.

Bu sözləri Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, noyabrın 30-da Tavuş vilayətində sərhəddə baş tutan görüşdən sonra ilin sonuna qədər yeni təmaslar gözlənilmir.

“Bununla belə, işin reqlamentini artıq tərəflər təsdiqləyiblər və yaxın gələcəkdə yeni görüşün tarixini razılaşdırmaq mümkün olacaq”, - deyə o qeyd edib.
Hökumət sədrinin müavini əlavə edib ki, sərhədin delimitasiyası və demarkasiyası illərlə uzana bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir:

“Tərəflər prosesi ancaq topoqrafik, peşəkar xəritələrdən, habelə hüquqi əhəmiyyət kəsb edən sənədlərdən istifadə etməklə aparacaqlar”.

Mənbə: Sputnik Ermənistan