Nepalda avtobus çaya düşdü, 18 ölü

Dünya
23-02-2026, 11:37 1 608

Nepalda avtobusun çaya düşməsi nəticəsində azı 18 nəfər həlak olub.

Pokharadan Katmanduya hərəkət edən avtobusun Trişuli çayına düşməsinin səbəbi məlum deyil.

Nəqliyyat vasitəsində 35-dən çox sərnişinin olduğu bildirilir.

Xilasetmə əməliyyatında Nepal ordusunun hərbi qulluqçuları, polis və yerli sakinlər iştirak edib.