İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
Dünya
Bu gün, 13:47
12

İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Ali Rəhbərin bu danışıqlara icazə vermədiyini bildirib.
Bu barədə İranın "Fararu" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, parlamentin spikeri Qalibafın ABŞ-la danışıqlar aparması iddiası da əsassızdır.
Nikzad vurğulayıb ki, müharibə, sülh və danışıqlar məsələsi ölkənin Ali Rəhbərinin səlahiyyətindədir və danışıqlara icazə verilməyib.
Nikzad Hörmuz boğazının da heç vaxt açılmayacağını bəyan edib. O əlavə edib ki, bu mövzu ilə bağlı heç bir danışıq aparılmayıb və aparılmayacaq.