Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Gündəm / Foto
18-02-2022, 17:02 286
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Xatırladaq ki, 17 Fevral 2022-ci il tarixində 4449 yoluxma faktı və 30 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41214 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1530, üç və daha çox doza vaksinlərin sayı 34 088, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2418-dir.