DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ LƏKƏ GƏTİRƏN ANAR CƏFƏROVUN "GÜLÜNC DOĞURAN " ÖZBAŞINALIĞI.

Gündəm / Cəmiyyət
9-03-2022, 11:30 644

Bundan öncə Anar Cəfərovun BDYPİ-nin Şirvan Şəhər Regional Qeydiyyat-imtahan Texnikin Baxış  şöbəsinin "Kolxoz bazarına " çevirib sərlöhvəli yazını oxucuların istifadəsinə vermişdik.Düşünürdük ki, rüşvətxor və əyyaşlıq həyatı yaşayan və DİN-də yüksək vəzifə tutan bu şəxs barədə,Cənab nazir Vilayət Eyvazov və Korrupsiyaya qarşı mübarizə idarəsi ölçü götürəcək.Görünür onun dövlət orqanlarında yüksək vəzifə tutan yaxın qohumları,Ədliyyə və Prokrorluq orqanlarında  olan arxaları,Anar Cəfərova deyiblər ki ,"Kef elə" !  Ölməmişik ki !
Anar Cəfərovun qanunsuz hərəkətlərini dövlət orqanları araşdırıb tədbir görənə qədər bizim də üzərimizə düşən vəzifə özbaşnalıq,rüşvət və korrupsiya hərəkətləri edən şəxsi ifşa etməkdir.
Anar Cəfərovun sürücülük kateqoriyalarını və vəsiqələrini satması və bu kimi saxta işlərdən yüz minlərlə hər ay gəlir əldə etməsini də dövlət orqanlarına və içtimayyətə catdırmışdıq.
Saatlı rayon Qaraçallılar kənd sakini Əhədov Dayandur "B və C" kataqoriyasına aid edilən sürücülük hüququ əldə etmək məqsədi ilə Anar Cəfərovun özünə şəxsi müəsissə hesab etdiyi Şirvan Şəhər Qeydiyyat-imtahan şöbəsinə yaxınlaşır.Rəisin pul yığanları şöbənin həyətindəki yeməkxananın ön giriş qapısınına aparır və sürücülük hüququnun əldə edilməsi üçün hərracda iştiraka pulunun olub -olmamsını soruşub.Razılaşmadan sonra məlum olur ki,Əhədov Dayandur heç sürücülük kursunuda  müddavim olmayıb.Anarın baş pul yığanı,Azər adlı şəxs rəisin otağına daxil qalxır və Azər geri qayıdandan sonra söyləyir rəisdə sürücülük kursu oxumağa dair "zazor" var.Yəni ümumilikdə 1600- manat versən hazır sürücülük hüququna dair vəsiqən yarım saata veriləcək.Əlacsız qalan Əhədov Dayandur 1600-manat vəsaiti,Anarın baş pul yığanı Azərə verir və sürücülük hüququ alır.
Bunlar bir yana.Siz biabırçı hərəkətə baxın ki,Dayandur məktəbin binasın belə tanımadan,kursu  bitirməyə dair sənəd alır.Bəzi Mollaların hazır "duası  kimi",sürücülük kursunu bitirməyə dair hazır sertifikat alır,imtahandan keçir və sürücü olur.
Sabirabad rayon Suqra kənd sakini Natiq Nərimanov və Sabirabad şəhər sakini Eyvazov Bakir,Anar Cəfərovun adamlarının şəxsi "yoxlamasından" keçdikdən sonra sürücülük hüququ əldə ediblər.
Beləliklə yalnız yeni sürücülük vəsiqələri deyil,məhkəmə qərarı əsasında sürücülük hüququndan məhrum edilən şəxslərə qanunla qadağan edilmiş tərzdə sürücülük vəsiqələri verilir.Qanuna əsasən isə həmin cərimələnən və müəyyən müddətə sürücülük hüququndan azad edilən sürücülərə cəza müddətlərinin başa çatmasını təsdiq edən məhkəməmqərardadı lazımdır ki,həmin cəzaya xitam verilib.
Lakin Anar Cəfərov məsələləri o,qədər sadələşdirib ki,məhkəmədə,kassirdə,sürücülük məktəbidə bir sözlə gözə görünən və ya görünməyən nə varsa Anarlıqdır !
İmza : Mürşüd Mirzəyev.