“Ziraat Bank”ın ən bərbad fəaliyyəti Azərbaycandadır - Korrupsiyaya görə uzaqlaşdırılan rəhbərliyin şəbəkəsi rahat iş başındadır

Gündəm / Cəmiyyət
26-04-2022, 18:17 227


“Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Avni Dəmirçi və Müşahidə Şurasının sədri Bilgəhan Kuru ötən ilin yayında vəzifələrindən uzaqlaşdırılsalar da onların qurduğu sistem iş başındadır. Bankın külli miqdarda vəsaitlərini müxtəlif adlarla, şübhəli kredit rəsmiləşdirmələri ilə ələ keçirən dəstənin əsas üzvləri də vəzifələrində qalır və əməllərini davam etdirirlər”.

Tereqqi.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya bank sektorundakı mənbələrdən informasiya verilib. Mənbə iddia edir ki, Türkiyənin bank sektorunun ən güclü qurumlarından ilan “Ziraat Bank”ın ən bərbad flialı Azərbaycandadır. “İki dövlət başçsının siyasi iradəsi ilə 8 ilə yaxındır fəaliyyət göstərməsinə baxmayaraq “Ziraat Bank Azərbaycan özünü doğrultmayıb. Səhmdarların külli miqdarda vəsaiti hələ də investisiya edilir, amma geridönüş yoxdur, amma 7 milyondan artıq problemli kredit yaranıb. Bu, təsadüfi deyil, araşdırma aparılsa, bu vəsaitlərin hansı şübhəli tenderlər və kredit rəsmiləşdirmələri ilə mənimsənildiyi məlum olar”,-deyə mənbə vurğulayıb.

İnformasiyalı qaynaq bildirir ki, bankın İdarə Heyətinin keçmiş sədri Avni Dəmirçinin “sağ əli”, hazırda müavin postunu tutan Rövşən İbrahimovla birlikdə sığorta, xidmətlərin satın alınması, habelə kredit rəsmiləşdirmələrindəkülli miqdarda bank vəsaitlərini silərək mənimsəyiblər.
Bu “qara“ işlərdə rol alanlardan bir də Bankın İnformasiya Texnologiyalarının direktoru Sadiq Axundovdur. Mənbə bildirir ki, R.İbrahimovla S.Axundov bankın mərkəzi ofisində və flilallarındakı kompütür şəbəkəsinə və digər avadanlıqlara xidmət üçün özlərinə yaxın şirkətlə (adı məlumdur- red) şişirdilmiş müqavilələlər bağlayıb. Sonra artıq köçürülmüş vəsaitlər nağdlaşdırılaraq ələ keçirilib.

Bank sektorundakı mənbə daha sonra “Ziraat Bank Azərbaycan”dakı digər şübhəli əməliyyatının detallarını təqdim edəcəyini vəd edib.

Xatırladaq ki, 20 apreldə “Gununsesi.info” portalında bankda baş verən qanunsuzluq iddiaları ilə bağlı material dərc olunub. Daha sonra bankın internet saytına və “Facebook” səhifəsinə informasiya sorğusu göndərilsə də iddialara münasibət almaq mümkün olmayıb. Sorğunu təqdim edirik və ümid edirik ki, “Ziraat Bank Azərbaycan”ın rəhbərliyi onu cavabılandıracaq:

“Ziraat Bank Azərbaycan”-ın İdarə heyətinin sədri, hörmətli dr. Selçuk Demir bəyə

Hörmətli Selçuq bəy!

Aprelin 20-də “Gunun sesi.info” portalında “Ziraat Bank Azərbaycan”dan milyonlar oğurlanıb – Avni Dəmirçi və sevimli müavini pulları necə mənimsəyib” sərlövhəli məqalədə “Ziraat Bank Azərbaycan”-ın İdarə Heyətinin keçmiş sədri Avni Dəmirçi və onun müavini Rövşən İbrahimovun qanunusz əməlləri barədə məqalə dərc olunub (https://www.gununsesi.info/ziraat-bank-az%c9%99rbaycandan-milyonlar-ogurlanib) Məqlədə bilgili informasiya qaynağının verdiyi məlumatlar əsasında bank vəsaitlərin müxtəlif qanunsuz vasitələrlə mənimsənilməsi ilə bağlı iddialar yer alıb. Amma informasiyanın dərcindən keçəın müddətdə Bank rəhbərliyi tərəfindən bu iddialara hər hansı reaksiya verilməyib.

“Gununsesi.info” saytı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanuna əsasən məqalədə haqqında bəhs edilən qanunuszuluq iddiaları ilə bağlı “Ziraat Bank Azərbaycan”-ın rəhbərliyindən aşağıdakı sualların cavablandırılmasını xahiş edir:

1. “Ziraat Bank Azərbaycan”-ın İdarə Heyətinin keçmiş sədri Avni Dəmirçinin rəhbərlik etdiyi dövrlə bağlı audit yoxlamaları aparılıbmı? Onun nəticələrini bizə təqdim edə bilərsizmi?

2. Kreditlərin verilməsindəkı nöqsanlar, fliallara texniki sevis göstərən şirkətlə bağlanan müqavilələrdə göstərilən məbləğlərin şişirdilməsi ilə bağlı iddialara bankın mövqeyi nədən ibarətdir?

3.Bank rəhbərliyində hazırda çalışan şəxslər barəsində korrupsiya iddiaları irəli sürülür, bu barədə mövqeyiniz nədən ibarətdir?

3.Bank qanunverciliklə şəffaflıq və hesabatlılqla bağlı üzərinə düşən öhdəlikləri necə yerinə yetirir?

Qeyd: Bankın informasiya sorğusuna cavabı olduğu kimi “Gununsesi.info” portalında yerləşçdiriləcək.