Goranboyda şagird geyiminə görə təhqir olunaraq, məktəbdən qovulub: - “Yoxundur, get, nənənin tumanını geyin, gəl”

Gündəm / Cəmiyyət
27-04-2022, 14:25 256


Goranboy rayonunun Səfikürd kənd orta məktəbində biabırçılıq yaşanıb. Biabırçılıq isə kəndin orta məktəbində təhsil alan 12 yaşlı qızın geyiminə görə, məktəbdən uzaqlaşdırmaq, habelə ona psxiloji təzyiq edilib.

Tereqqi.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə həmin kəndin sakini Elvin Turan sosial şəbəkələrdəki hesabında yazıb.

O bildirib ki, hadisə dünən onun doğulduğu kənddə baş verib. “Goranboy rayonu Səfikürd kənd orta məktəbində 12 yaşında qız uşağı (qohum ailədəndir) məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdıralaraq, yaşının qaldıramayacağı formada psixoloji təzyiqə və təhqirə məruz qalıb. Uşağın məktəbli geyimi hal hazırda geyinmək üçün yararsız olduğuna görə, ətək əvəzinə şalvar geyinirmiş. Məktəb rəhbərliyi tərəfindən “niyə ətək geyinməmisən” sualına, “yoxumdur” deyə cavab verib. Uşağa deyilib ki, “yoxundu get qonşudan al, geyin, ya da nənənin “ştanını” geyin gəl”. Uşaq qanunsuz formada dərsdən çıxarılaraq , evə göndərilib”.

Elvin Turan bildirir ki, uşağın valideyini məktəb direktoruna zəng edərək, “imkanım yoxdu, maaş alanda uşağa yeni geyim alaram, niyə belə biabırçılıq edirsiniz” sualına isə direktor Lamiyə Abışova “mənim sözümdü, mən belə demişəm. Get, uşağına ətək alarsan, sonra uşağın məktəbə gələr” cavabını verib. “Məktəblə əlaqə saxlayıb, bunun qanunsuz və qeyri insani rəftar olduğunu deməyimə, məsələni qaydasına salmağ cəhdimədə baxmayaraq, əlahəzrət direktor xanım bu gün yenə uşağı dərsə buraxmayıb. Görəsən o məktəbdə insan hüququ, uşaq hüququ, uşaq psixolojisi nədir, necə rəftat eləmək lazımdır deyə bilən var, yoxsa hamı direktor xanım kimi bu mətləblərdən xəbərsizdi?”

O, Təhsil Nazirliyindən məsələ ilə bağlı tədbir görməsini tələb edib.