Mikayıl İsmayılov meşəni qıraraq tikdirdiyi oteldə qaziləri döydürüb? – ŞOK İDDİA

Gündəm / Foto
27-04-2022, 17:23 295


SOCAR milyonçu müavini Mikayıl İsmayılov Qubada meşələri qıraraq özlərinə möhtəşəm istirahət mərkəzi tikdirir.

Tereqqi.az Manset.az – a istinadən xəbər verir ki , Quba rayonunun İkinci Nüvadi kəndi ərazisində faəliyyət göstərən “Macara Club, Tourisim, Hospitality Management” MMC ilə bağlı qanunsuz əməllərin üstü açılıb.

Məlum olub ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova və Hüquq idarəsinin rəisi Eldar Orucova məxsus olduğu iddia olunan “Macara” istirahət mərkəzi Nüvədi kəndi ərazisində 600-a yaxın ağacı qırıb.

Bundan başqa, “Bulaqdərə” su anbarının üstündə yerləşən “Macara”nın rəhbərləri gölü qurutmağa başlayıblar. Belə ki, təqdim olunan foto və videodan da göründüyü kimi, 15 hektar ərazisi olan gölün içərisinə doğru təxminən 47 metr məsafədə torpaq doldurulub. Hazırda ərazidə texnikalar işləyir və gölün qurudulması işləri davam etdirilir.

Ərazi hasara alındığı üçün hətta kənd sakinləri belə gölün ətrafına yaxın düşə bilmirlər. Gölə daxil olmaq üçün 10, göldən balıq tutmaq üçün isə əlavə 15 manat tələb olunur. Hətta buna görə bəzən qəbz də verilir.

Sakinlər əvvələr mal-qaralarını göldə suvara bilirdilərsə indi bu, mümkün deyil. Gölün ətrafı tam olaraq hasarlanıb. Bununla da maldarlığın inkişafına ciddi ziyan vurulur.

İki gün əvvəl gölü görməyə gələn qazilər “Macara”nın mühafizəçiləri tərəfindən döyülüb.

Əldə etdiyimiz məlumata görə, “Macara”nın kanalizasiya xətti Nüqədi kənd sakinlərinin istifadə etdiyi arxa axıdılır. Bu da ekoloji çirklənməyə səbəb olur. Kənddən üfunət iyi gəlir.

Fotoda gördüyünüz vaqona quraşdırılan xüsusi nasos çirkab suları arxa vurur.

Sakinlərin şikayətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə baxış keçirib və ağacları kəsdiyi üçün “Macara” MMC-yə cərimə yazıb. Lakin proses davam edir və hər gün ağaclar qırılır.

Sənədlərdə qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci il dekabrın 25-də “Bulaqdərə” su anbarının torpaq sahəsinin 148600 kv.m-ni “Macara”ya icarəyə verib. Hansı ki, bu su anbarı Quba Suvarma Sistemləri İdarəsinin balansındadır.

“Macara” rəhbərliyinin gücü o qədərdir ki, ətrafdakı torpaq sahiblərinə müxtəlif üsullarla təsir göstərərək əraziləri dəyər-dəyməzinə ələ keçirirlər.

Maraqlıdır ki, bütün bu qanunsuzluqlar Əmlak Məsələləri Dövlət Xidmətinin, Melorasiya və Su Təsərrüfatı ASC-nin, Quba rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların gözü qarşısında baş verir.

Mənbə Manset.az