Sumqayıtda həkimlərə niyə inam yoxdur - İLGİNC İDDİALAR...

Gündəm / Aktual
28-04-2022, 09:31 99


Təsəvvür edirsiniz, ölkənin ikinci böyük şəhəri olan Sumqayıtda səhiyyə sferası təsadüfi adamların əlində olub.
Buna şübhəniz varsa, diqqətlə oxuyun.
Bütün ölkə mediası yazır ki, Sumqayıt şəhər səhiyyəsində aparılan kadr islahatları davam edir. Və…
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev postuyla vidalaşmalı olub. Onun yerinə isə, Nəriman Sadıq oğlu Baxşəliyev təyin olunub. Qeyd edək ki, Nəriman Baxşəliyev bu təyinata kimi Abşeron rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Və Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın yaxını olub.
Və 1 il keçməmiş Nəriman Baxşəliyev Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsindən azad edilir.
Nə üçün..? Axı, bu adamın təyin olunduğu 1 ildir…
Nəriman Baxşəliyevin mediaya açıqlamasından bəlli olur ki, bu adam heç səhiyyə adamı deyilmiş.
Bəli, bu qədər sadə və bəsit. Açıqlamasında deyir ki, könüllü çıxmaq istəyirəm.
Deməli, bu vəzifəyə rüşvət və korrupsiyanın peşəkarı lazımdır.
Bu zaman diqqət kimin üzərinə yönəlir…?
Bəli, 2019-cu ildə Nəriman Baxşəliyev Sumqayıt Səhiyyə şöbəsinin müdiri vəzifəsindən azad edilir və onun müavini Səkinə Sadıqova müdir vəzifəsini icra etməli olur.
Və qısa müddət sonra Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinin yeni müdiri təyin olunur.
Təsəvvür edirsiniz, Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri Səkinə Sasdıqovanın özünün səhhəti yerində deyil, dəfələrlə ruhi dispanserdə müalicə olunub, sağlamlığı kafi deyil və s.
Və belə bir adamı 300 minlik əhalisi olan Sumqayıta “sağlamlıq bakanı” qoyurlar.
Və hər şey bundan sonra başlayır.
Deməli, Səkinə Sadıqova müdir olan kimi deyir ki, Sumqayıtdakı bütün xəstəxanalarda işə düzəltmə, işdən çıxarılma, bir sözlə, kadr məsələlərini mən özüm həll edəcəm.
Səhiyyə tarixində belə bir hal olmayıb. Ki, hansı baş həkim Səkinənin qanunsuz əmrləri ilə razışalmırsa, o şöbə ləğv edilir. Yəni Səkinə xanım deyir ki, Molla məsələsi mənlikdir.
Beləcə, Səkinə Sadıqova qısa vaxtda kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması adı altında yüz minlərlə pul yığır.
Və hər kəsə də deyir ki, İctimai Tibbi Sığorta Agentliyindəki departament rəhbəri Rəşad mənim dalımda durub, nə istəsək onu edə bilərik təki cibiniz dolu olsun.
Beləcə, vəzifəsini Rəşada söykəyən Səkinə Sadıqova təkcə kadr məsələsi ilə pul qazanmır.
Sonra dövlətin Sumqayıt səhiyyəsinə ayırdığı milyonlarla vəsait Səkinə Sadıqovanın göstərişi ilə ona yaxın MMC-lərə tender yolu ilə ötürülülr. Və Səkinə Sadova onların hər birindən “otkat” alaraq milyonçuya çevrilir.
Məsələ təkcə bununla bitmir.
Qısa vaxt sonra Səkinə Sadıqova səhiyyə şöbəsinin tabeçiliyində olan Sumqayıt Təcili Yardım Stansiyasının avtomobil qarajının müdiri Kamranı çağırıb deyir ki, hansı sürücü işdə qalmaq istəyirsə, 1000 manatdan yığsınlar.
Hələ bu harasıdır…?
Səkinə Sadıqova dövlətin Təcili Yardım Stansiyasının avtoqarajına ayırdığı benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satdıraraq milyonlara sahib olur.
Təcili yardım sürücülərinə isə deyir ki, öz cibinizdən benzin, “zapçast” alın.
Və buna görə də Sumqayıtda təcili yardım maşınları xəstə öləndən sonra mənzil başına çatırlar.
Çünki təcili yardım şoferinin maaşı nədir ki, o həm benzin, həm sürtkü yağı, həm də “zapçast” alsın…
Bəli, təcili yardım şoferlərinin maaşı uzağı 700 manat, həkimlərin maaşı isə 500-800 manat arasında ola bilər. Amma…
Əmması odur ki, Gündəlik-Bakıya daxil olan məlumata görə, Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova hər ay 8000 ( səkkiz min ) manat maaş alır.
Və üstəlik Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir ki, dövlət xəstələrə dərman vermir.
Vallah adam dəhşətə gəlir, dövlət qurumuna rəhbərlik edən bu şəxs, millət vəkillərindən, spikerdən, hətta nazirlərdən yüksək necə maaş ala bilər..?
Axı, Səkinə Sadıqova özəl sektorda deyil, dövlət qurumunda çalışır…
Bu adamın fala baxması, məmurların “dilini-ağzını” bağlaması, nə bilim kiməsə “qurd yağı sürtməsi” kimi rüsvayçı məsələləri yada salmağa ehtiyac görmürük.
Bütün bunlar azmış kimi, 3 gündür ki, ölkə mediası 8-ci sinif şagirdi Ramal Osmanovun Sumqayıt həkimlərinin səhlənkarlığı ucbatından ölməsi barədə yazır.
Hətta millət vəkilləri, nazirlər, komitə sədrləri bu məsələyə qarışıb ki, Sumqayıt Şəhər səhiyyəsinin müdiri Səkinə Sadıqova bu faciəli olaya görə, cavab verməli və vəzifəsindən təcili uzaqlaşdırılmalıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//