Laçının icra başçısına ŞOK İTTİHAM - SƏN DEMƏ...

Gündəm / Aktual
27-05-2022, 09:18 58


Çoxdandır Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rayonlarda icra başçısı ovuna çıxmır. Nə gözəl səhnələr idi, “DTX” bir-bir rayonlarda əməliyyat keçirib, illərdir xalqın qanını zəli kimi sovuran icra başçılarını cinayət başında yaxalayıb, qollarına çox estetik şəkildə “qandal” taxıb həbs edirdi. Və “AzTV”-nin efirində həmin icra başçıları “şirin bülbül” kimi etdikləri əməlləri etiraf edirdilər.
Nə vaxtdır belə həbs olmur deyəsən bölgələrdəki məmurlar sanki arxayınlaşıblar. Yenə də xalqın qanını içməyə başlayıblar. 

Tereqqi.az xəbər verir ki, bu günlərdə “Aktualxeber.az”a şikayət məktubu ilə müraciət edən Laçın rayonu Alxaslı kənd sakini Mahmudova Əfruz Cəlal qızı bildirib ki, illərdən bəri hökumətin verdiyi çörək pulunu mənimsəyirmiş. Bunu da Əfruz xanım təsadüf nəticəsində öyrənib.

“Bir iş üçün “Kapitalbank”a müraciət etdim, orda mənə dedilər ki, sizin adınıza hesab açılıb. Orda da 320 manat pul var. Mən sonrdadan dəqiqləşdirib öyrəndim ki, Laçın Rayon İcra başçısının Alxaslı kəndi üzrə nümayəndəsi Rüstəm Şalikov xəbərim olmadan mənim adıma illərdən bəri çörək pulu alırmış. Mən bu barədə ona şikayətimi bildirəndə, məcburi köçkünlük statusumu ləğv etdirəcəyi ilə hədələdi. Daha sonra kəndimizin bəzi insanlarına ilə bu barədə danışanda öyrəndim ki, onun bu dələduzluğunun qurbanı təkcə mən deyiləm”., deyə Ə.Mahmudova əlavə edib.
“Aktualxeber.az”ın baş redaktoru Rüstəm Şalikovdan nə üçün belə qanunsuzluq edirsiz soruşanda o, “yaxşı edirəm, hökumət səhv edib Əfruz Mahmudovaya çörəkpulu verir” deyə cavab verib.
Rüstəm Şalikovu qınamırıq, aldığı tərbiyə, “day-day”ına arxayın olmaq onu beə cavab verməyə cürətləndirir. Maraqlıdır Rüstəm müəllim xalqın böyük sevgi bəslədiyi Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bit gün onun qollarına qandal taxanda da “yaxşı edirəm” deyəcəkmi? Yaşayıb, görərik…
Qısa araşdırmamızdan sonra məlum oldu ki, bu dələduzluq bilavasitə Laçın Rayon icra başçısı Aqil Nəzərlinin rəhbərliyi altında həyata keçirilir. A.Nəzərli hələ icra başçısının müavini olanda bu kimi qanuna zidd əməlləri barədə məlumatlar dövrü mətbuatda gündəmə gəlirdi. Amma o buna görə nəinki cəzalandırıldı, əksinə sehirli əlin köməyi ilə başçı kreslosuna otuzduruldu.

Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaq və Əfruz Mahmudova dəyən maddi ziyan da ödənəcəkdir.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq!