Tahir Əliyevin “Koroğlu” MMC-sində nələr baş verir ?- “ARMO STORE”dən BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR…

Gündəm / Video
29-06-2022, 13:30 265


Bədəvi ərəblər və “Koroğlu” MMC-nin nəvəsi Tahir Əliyev….

“ARMO STORE” ni hazırda işlədən Cavid kimdir..?

“Gundelik-Baku.com” mətbu orqanı olaraq dəfələrlə yazırıq ki, şirkətlər istehlakçıların hüquqlarını pozur, heç bir normativə uyğun gəlməyən qida və ərzaq məhsullarını vətəndaşlara satırlar.
Belə şirkətlərdən biri də “Koroğlu” MMC-dir.
Bu şirkətin şokoladlarından qurd çıxması barədə ölkə mətbuatı dəfələrlə yazıb.
Bəli ölkə mətbuatı yazıb ki, Rusiyanın “Akkond” şirkətinə aid “Rulada” şokoladlarını “Koroğlu” MMC ölkəmizə idxal edir və bu məhsulların keyfiyyətinə də cavabdehlik daşıyır. Bundan başqa, bu şirkət Azərbaycanda bir neçə şokolad və biskvit fabriklərinə malikdir.
Bundan başqa “Koroğlu” MMC ARMO STORE supermarketlər şəbəkəsinə də sahibdir.
Bəli, bu gün “Koroğlu” MMC-nin supermarket şəbəkələri Bayıldan Xətai rayonuna kimi uzanır. Lap dəqiq desək, düz, prezidentin sabiq köməkçisi Əli Həsənovun Xətai Estetik Klinikası ilə üzbəüz ARMO STORE yerləşir.
Hətta bu firmanın rəhbəri Tahir Əliyevin adam oğurluğunda ittiham olunması da mətbuatda öz əksini tapıb. Bütün bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik.
Biz konkret olaraq öz gözlərimizlə gördüklərimizi cəmiyyətə çatdırmaq istəyirik.
Məlumat üçün onu da qeyd edək ki, “Koroğlu” firması allah qoymasa müstəqil Azərbaycanın ilk şirkətlərindən biridir və 1992-ci ildə təsis olunub.
Bir müddət əvvəl Xətai rayonu, S.Vəzirov küçəsində bir hay-küy qopdu, çal-çağırdan qulaq tutuldu, adamlar musiqinin sədalarına yığışdılar, gənc xanım müğənnilər çaldılar-çağırdılar...
Və məlum oldu ki, yuxarıdakı ünvanda “Koroğlu” firması yeni bir supermarket açır: ARMO STORE.
Ancaq ilk gündən bəlli oldu ki, bu supermarket ölkədə devalvasiyanın olduğu bir zamanda məhsulları başqa marketlərlə müqayisədə çox baha satır. Nə etməli..? Bunu da yazaq bazar iqtisadiyyatının ayağına. Bəs...
Hazırda yay mövsümünün olduğu bir zamanda ARMO STORE marketində hər növ içki, mineral sular demək olar ki, az qala qaynayır. Hər dəfə soruşandakı bu boyda bahalıq olduğu halda nə üçün soyuducu sistem işləmir, cavab verirlər ki, soyuducunu MƏHSULU VERƏN FİRMA quraşdırmalıdır.
Axı, müştərinin nəyinə lazımdır kim quraşdırır, neçəyə quraşdırır..?
Müştəri yayın istisində sərin su almaq istəyir.
Bu bilirsiniz nəyə oxşayır..?
Alma satan alıcıya deyir ki, tərəzi yoxdur, get tərəzi gətir..
Sözün qısası, XXI əsrdə bizim bəyənmədiyimiz bədəvi ərəblər avtobus dayanacaqlarında kondisioner quraşdırır, Koroğlunun nəvəsi Tahir Əliyev isə yayın istisində əhaliyə hamam suyu satır. Özü də çox baha qiymətə..
Gundelik-baku.com-a daxil olan məlumata görə, ARMO STORE ticarət şəbəkəsinin hazırda Cavid adlı şəxs idarə edir.
Sözün qısası, “Koroğlu” MMC və ARMO STORE ticarət şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir.
Biz şirkətdə baş verən digər neqativ hallar barəsində növbəti yazıda bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://gundelik-baku.com/