Xameneyiyə tapınan müəllimə əməlli-başlı QAN-QAN DEYİR... - “Salam, Fərmaneh”
Gündəm / Təhsil / Ölkə
30-06-2022, 12:41
290
Xəbər verdiyimiz kimi, Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb.
Məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib.
Həmçinin dədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Təhsil eksperti Kamran Əsədov sözügedən müəllimin sosial şəbəkə profilini və paylaşımını yayıb. Paylaşımda müəllimin İranın ali dini lideri Seyid Əli Xameneyiyə rəğbətini əks etdirən fotonu profilinə yerləşdirdiyi və “Kimin üçün namus vacidirsə, onlar üçün İran da vacib olmalıdır”, - yazdığı məlum olub. Daha sonra müəllim paylaşımında Regional Təhsil İdarəsinə çağırıldığını bilirib və “Salam, Fərmaneh” yazıb.
Kamran Əsədov müəllimin davranışına münasibət bildirərək “Qaydalarda yazılır ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır", - yazıb.
İzləyicilər Nailə Babayevanın işdən tamamilə uzaqlaşdırılmasını tələb edib, şagirdlərə belə müəllimin dərs deməsinə etiraz ediblər.
Maraqlıdır, Təhsil Nazirliyi sözügedən müəllim haqqında daha hansı tədbir görə bilər?
Tereqqi.az-ın məlumatına görə, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Cebhe.info-nun sorğusuna cavab verib:
"Bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə hər halda hər bir müəllimin dəyərləndirilməsi müvafiq pedoqoji qaydalar çərçivəsində aparılır. Əgər hər hansı məlumat olubsa, bununla bağlı əlavə məlumat verəcəyik".
Cəsarət Valehov müəllim barəsində qaydalar çərçivəsində gərəkən bütün tədbirlərin görüləcəyini də diqqətə çatdırıb.