Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Gündəm / Seçilmişlər
13-08-2022, 19:01 120
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1651 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 nəfərdir.