Kəmaləddin Heydərov məlum olayla bağlı DANIŞMADI

Gündəm / Sosial
16-08-2022, 18:11 115


Məlum olduğu kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iş kabinetlərində intim görüntüləri yayılıb.

Məsələ ilə bağlı "Unikal"ın əməkdaşı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqə saxlayıb. General-polkovnik isə susmağı üstün tutub.

Qeyd edək ki, sözügedən FHN əməkdaşları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə göndərdiyimiz sorğular da cavabsız qalıb.

"Unikal"