“Dəmir Qrup” Azərbaycan küçələrini faktiki olaraq qumarı oyunları üçün məkana çevirib... - Ekspert danışır

Gündəm / Foto
29-08-2022, 15:21 319


“Azərlotereya” ASC Türkiyənin “Dəmir Qrup” şirkətinə verildikdən sonra Azərbaycanda küçə qumarı faktiki olaraq geniş yayılıb. İndi demək olar ki, hər küçədə qumar masalarına rast gəlmək olur. Elə bil ki, Bakı küçələri ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvələrinə qayıdıb. O vaxt dələduzlar küçələrə masa qoyub üskük fırladır və insanların pulunu demək olar ki, oğurlamaqla məşğul olurdular. İndi də eyni vəziyyətlə üzləşmişik.

Sadəcə olaraq küçələrə masa qoyub “poz-qazan” oynadanlar dələduzlar deyil, rəsmi dövlət qurumudur və bu rəsmi dövlət qurumunu bu vəziyyətə gətirənlər isə Türkiyənin sayılan iş adamlarından olan “Dəmir Qrup”un rəhbəri Yıldırım Demirören və onun əlaltısı olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğludur. Məhz bu ikili küçələrdə Azərbaycan xalqını “soğan qabığı” kimi soymaqla məşğuldurlar və buna görə də onlara “gözün üstə qaşın var”, deyən də yoxdur.

Bəs Azərbaycan qanunvericiliyi bununla bağlı nə deyir? Ümumiyyətlə şans oyunlarının küçələrdə oyanılması nə qədər qanunudur və qanunvericiliyimizdə bu təsbit olunubmu?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas Əkrəm Həsənov ilə müzakirə edib.

Qanunun daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünən hüquqşünas PİA.az-a açıqlamasında qanundan sui-istifadə edilə bilməsinin qarşısını almağın vacib olduğunu bildirib:

“Qanunda lotereyaların küçədə oynanılması ilə bağlı heç bir müddəa yoxdur. Ümumiyyətlə lotereyaların keçirilməsi qeydiyyatla olur. Yəni lotereyalar qeydiyyata alınmalıdır. Qeydiyyat zamanı da lotereyanın keçirildiyi ərazi də qeyd edilməlidir. Onların tiraj komissiyası olmalıdır və s. Eyni zamanda lotereya oyunları notarial qaydada həyata keçirilməlidir.

Qanun baxımından lotereyalara çox sərt tələblər qoyulur. Buna görə mən lotereyaların küçədə keçirilməsini təsəvvür edə bilmirəm. Lotereyalar küçədə satıla bilər. Burada mən problem görmürəm. Çünki qanunun 2.0-20-ci maddəsində deyilir ki, lotereya biletlərinin satışı lotereyanın satıcısı tərəfindən bilavasitə, yaxud terminallar və virtual mühit vasitəsilə həyata keçirilə bilər. Lotereyanın satıcısı da onun təşkilatçısı ilə müqavilə bağlayan şəxsdir.

Amma lotereyanın özü küçədə keçirilə bilməz. Hesab edirəm ki, bu baxımda qanunda müəyyən boşluqlar var. Bu boşluqdan da istifadə edirlər. Çünki onlar deyə bilərlər ki, biz hər küçəni lotereyanın ərazisi hesab edirik. Bu baxımdan daha yaxşı olardı ki, qanun daha da sərtləşdirilsin. Elə edilməlidir ki, qanundan sui-istifadə edilə bilməsin.

Hesab edirəm ki, bu məsələ ilə bizim dövlət orqanları məğlub olmalıdır. Küçələrdə lotereya oyununlarının oynanılması qadağan olunmalıdır”.

Qeyd edək ki, “Dəmir Qrup”dan da öncə “Azərlotereya” ASC Azərbaycanda fəaliyyət göstərirdi. Amma rüçələrə masa qoyub Azərbaycan əhalisini kütləvi şəkildə qumara cəlb etmirdi.

PİA.az