“Premium Clinic” sağlamlığınızı peşəkar həkimlərə etibar edin
Gündəm / Cəmiyyət / Aktual
20-09-2022, 01:30
412
Həkimlik peşəsi müqəddəs peşədir. Öz xalqına rəşadətlə xidmət edən insanlardan böyük diqqət tələb edən bir işdir. Uşaq vaxtı ağ xalatlılardan qorxsaq da, sonradan həkimlərin şəfalı əllərinə ehtiyacımız olduğunu həmişə hiss etmişik.
Həmişə də yaxşı nəticəni gördükdə bir daha həkimlik peşəsinin qarşısında baş əymişik. Bu müqəddəs peşənin vurğunu olan uzun illər həkimlik peşəsinin şərəfini ləyaqətlə qoruyan həkim “Premium Klinika”sının direktoru Mübariz Şəmistan oğlu Nağıyevdir.
Mübariz həkim Azərbaycan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirmiş cərrah travmotoloqdur. Mübariz həkim respublikamızda sayılıb-seçilən həkimlərdəndir. O, işgüzar tibb işçisi kimi uzun və şərəfli bir yol keçib. İnanırıq ki, bu yolda Mübariz Nağıyev əmək fəaliyyətinin hələ lap zirvəsinə yüksələcək. Amma hələ ki, həkim Nağıyev zirvələrə aparacaq bu şərəfli yolun yarısındadır və bir həkim kimi, yüksək savadına və təcrübəsinə dayanaraq xalqına, millətinə ləyaqətlə xidmət edir. Vəzifəsinin öhdəsindən əsl vətəndaş kimi gəlir.
Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi 25 B ünvanında yerləşən Premium Klinikası öz fəaliyyəti ilə fasiləsiz olaraq vətəndaşlarımıza qüsursuz xidmət edir. Klinikaya müraciət etmiş hər bir vətəndaşa yüksək səviyyədə xidmət göstərilir. Vətəndaşlar göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildirirlər:
Premium tibb mərkəzi diaqnostika vasitələrinin müasirliyinə xüsusi əhəmiyyət verir. İnsanlar öz sağlamlıqlarının qayğısına qalmağı xeyli vaxtdır ki, Premium Klinik tibb mərkəzində çalışan tibbi personalına etibar edirlər. Burada tibb personalından ibarət formalaşmış kollektiv və tibb avadanlığı təhcizatı tam mütənasibdir. Klinikanın direktoru Mübariz həkim bizi klinikanın fəaliyyəti aparatura və tibb personalı ilə tanış etdi. Klinika müasir standartlara uyğun cihaz və avadanlıqlarla təhciz olunmuşdur.
Müalicə işinin təşkili baxımından da Premium tibb mərkəzi bir sıra üstünlüklərə malikdir. Bu sahədə üstünlük təkcə ən müasir vasitələrin tibb mərkəzində cəmləşməsində deyil həm də, müalicə işində kifayət qədər təcrübəli həkkimlərin tibb mərkəzinə cəlb olunmasıldır.
Klinikada laborotoriya, rentgen, pediatriya usm, kosmetologiya və fizzioterapiya, lor urologiya satomotologiya terapiya və bütün növ tibbi kabinetlər fəaliyyət göstərir. Bütün növ cərrahi və estetik-plastik cərrahi əməliyyatlar: açıq endoskopik, laporoskopik üsulla çoxillik təccrübəyə malik peşəkar cərrahlar tərəfindən həyata keçirilir.
Klinikada aşağıda göstərilən tibb şöbələri fəaliyyət göstərir.
1. Dermotologiya
2.Dopleroqrafiya
3. Endrokrinologiya
4. Funksional-diaqnostika
5. Fizioterapiya və reabilitasiya
6. Kordiologiya
7. Kosmetologiya
8. Laborotoriya
9.Nevrologiya
10. Neyrosonoqrafiya
11. Oftomologiya
12. Ozonoterapiya
13. Pedratiriya
14. Prokotologiya
15. Stomotologiya
16. Terapiya
17. Ultrasəs müayinə
Şöbədə azyaşlı uşaqlara vaxtında və keyfiyyətli yardım göstərmək üçün hər cür şərait var. Gülərüzlü tibb bacıları vətəndaşlara xidmət edir. Klinikanın nümunəvi həkimləri öz üzərinə düşən məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlir. Həkimlər direktor Mübariz həklimin rəhbərliyi altında işləməyin həm məsuliyyətli həm də asdan olmasını bildirirlər.
Beləliklə, məlum oldu ki Mübariz həkim həm tələbkar həm də öz bilik və bacarıqlarını rəhbərlik etdiyi kollektivdən əsirgəməyən müdrik bir klinika rəhbəridir.
Klinikada çalışan həkim kollektivi dövlətçiliyin möhkəmləndirilməsi, həkimlik adına sadiq olacaqlarını bir daha bildirirlər. Bu yolda “Tereqqi. az xəbər informasiya portalının əməkdaşları da “Premium Klinika”sının həkim heyətinə uğurlar arzulayır.
“Tereqqi.az”
xəbər informasiya portalı
Bəhruz Beyləqanlı
Ağamir Nəcəfoğlu