Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!

Gündəm / Sosial
29-09-2022, 18:22 220


Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən “CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.

Tereqqi.az -ın məlumatına görə, Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir.

Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.