Prezident İlham Əliyevin sülh danışıqları prosesində milli maraqları uğurla qoruyan, təmin edən diplomatiyası.

Gündəm / Cəmiyyət
5-11-2022, 17:22 433



Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev Ermənistanla aramızda olan münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək,
xalqımızın və dövlətimizin maraqlarını ləyaqətlə qoruyur.Danışıqların nəticələrinə nəzər yetirsək,açıq bilərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti,prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin əvəz edəcəkdir.Möhtərəm Prezident İlham Əliyevin Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanatda da müəyyən nətivələr olmuşdur.Mübaliğəsiz deyərdim ki, bu
görüşlərin ayrı-ayrılıqda hər biri ölkəmizin növbəti diplomatik qələbəsi kimi hesab oluna bilər.Deyərdim ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, özü, dövlətimiz
in başçısı İlham Əliyevin bu istiqamət- də uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsi idi. Göründüyü kimi, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır.
Doğrudanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurlu idi.O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü təşkil edib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edildi.Sözsüz ki, görüşlər nəticə etibarilə sülh prosesinə təkan verirdi.Hal-hazırda isə Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmaqçün əlindən gələni edir və bu günlərdə üç ölkə
rəhbərinin Soçi görüşündə təsdiqləmə
yə hazırdır.Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə bu günədək Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları prosesi çərçivəsində iki görüş keçirilmişdir.2021 ci ilin yanvar ayında Moskvada, noyabr ayında isə Soçidə keçirilən görüşlərdə ölkəmizin maraqlarına uyğun qərarlar qəbul edilmişdir.Üçtərəfli görüş isə cari ilin oktyabr ayının 31-də keçirildi.Bu tərəflər arasında Rusiyada keçirilən sayca 3-cü görüşdür. Həmin görüşdə də 10 noyabr Bəyanatında nəzərdə tutulan bütün öhdəliklərin icra vəziyyəti müzakirə olundu.Artıq, bu prosesdə də Azərbaycanın məğlub Ermənistandan fərqli olaraq öhdəliyinə sadiq olduğu bir daha təsdiqlənmişdir. Məhz bunları əsas götürərək,əminliklə deyə bilərəm ki,hazırda keçirilən Soçi görüşü də Azərbaycanın xeyrinə nəticələnəcəkdir.Ümumiyyətlə bütün görüşlərin nəticəsi onu göstərir ki, qətiyyətli prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını çox ciddi müdafiə edir və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətin-də məqsədyönlü siyasət həyata keçirir.Bu günədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır.Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə qorudu və təmin etdi.
Ölkəmiz atəşkəs olandan sonra üzərinə düşənləri yerinə yetirdi.Laçın koridoruna alternativ yol açılıb, əsirlər təhvil verilib.Son dövrlər Qərbdən,
ələxsusda Fransadan ədalətsiz yanaşmalar,sərsəm bəyanətlər diqqəti cəlb
edir.Açıq deyəcəm, Fransa aşkar qərəzli mövqe tutmaqdadır.Bu səbəbdən rəsmi İrəvan Fransanın himayəsinə arxalanaraq 10 noyabr sazişinin müddəalarını icra etmək istəmir.Lakin Prezident Vladimir Putin öz imzasına sahib çıxmaq üçün bu məsələləri gündəmə gətirətək, bu amilləri düzgün qiymətləndirir.Azərbaycan tərəfi isə görüş ərəfəsində həmişə olduğu kimi təmkinli davranır və Paşinyanın sərsəm açıqlamalarına cavab verilmir. Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb.O, iki il bundan əvvəl həll edilib”,konkret bitmiş bir fikri ifadə etməsi, onların apardığı təbliğatını alt-üst etdi.Qürurla qeyd edirəm ki, Azərbaycan Prezidenti bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizmdən ibarət deyil.
Beləliklə Soçi görüşünün nəticəsi olaraq Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsi fonunda birgə bəyanat imzaladılar. Bu proses zamanı Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Bütün bunlara görə isə Ermənistan geosiyasi zərbələr alacaq, nəticəsi isə heç də yaxşı olmayacaq.
Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu,Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu görüş Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilmə
lidir. Soçi görüşü, eyni zamanda, həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların, sadəcə, bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən əvvəl müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir.
Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu.inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir. Sonda bir daha vurğulayıram ki, Prezident İlham Əliyevin, sülh danışıqları prosesində milli maraqlarımızı uğurla qoruyan, təmin edən bir diplomatiyası vardır.

Vüqar Məmmədov
Yeni Azərbaycan Partiyası 
Saatlı rayonu 15 saylı ƏPT-nın sədri