Çilov adasında ACINACAQLI MƏNZƏRƏ - GİLEY

Gündəm / Sosial
11-11-2022, 09:33 118


DİA.AZ bildirir ki, "Azneft" İstehsalat Birliyinin 28 May NQÇİ-dən neftçilər şikayətçi düşüblər. Onlar bununla bağlı dia.az-a yazaraq mövcud problemin həllində müvafiq vəzifəli şəxslərdən(şəxsdən) köməklik gözləyirlər.

Neftçilərin dia.az-a yolladıqları müraciətlərində "Azneft" rəhbərliyinə xitab olunur: "Bir dəfə də futbol yarışını Çilov adasında təşkil edin. Və adaya 8 nəfərlik helikopterlə yox, neftçilərlə birlikdə, şikayətdə qeyd olunan gəmi ilə gedin.

Çilov adasına gedib gəlməyimiz çox çətinləşib. Vertolyotla Çilov adasına gediş-gəlişə rəhbərlik tərəfindən icazə verilmir. Düzdür bəzə hallarda küləkli hava şəraitindən asılı olaraq imkan yaranır. Gəmi gediş gəliş lap biyabırçı vəziyyətdədir. Deyirlər saat 8-də Zığ limanında toplaşın, amma saatlarla gölzəməli oluruq. 9-10 da çıxmalı gəmi 11-12-dən tez çıxmır. Bizə “Üfüq” gəmisi ayrılmışdır, o da 4 saata gedir, üstəlik saatlarla gözləməli oluruq. Hərdən “Neft Daşlarına” ayrılmış “Qara Qarayev” gəmisi bizə ayrılır, həftənin birinci günləri, o da hava şəraitindən asılıdır. Çox əziyyət çəkirik, şirkət tərəfindən bir normal gəmi ayırmırlar ki ,bizdə insan kimi evimizə işimizə rahat gedək.

Niyə "Azneft" İB?

Noyabr ayının birindən bütün işçiləri məcburi şəkildə yeməkxanada öz hesabımıza nağd pulla qidalanmağa məcbur edirlər.

Həm də keyfiyyətli yemək də vermirlər. Başa düşə bilmirik, kimin nə şəxsi marağı var? Niyə biz mütləq yeməkxanadan qidalanmalıyıq?"

Məsələ ilə bağlı dia.az olaraq qarşşı tərəfi də dinləməyə hazırıq...