Millət vəkili Emin Hacıyev 1.5 milyon manata villa aldı - İDDİA

Gündəm / Sosial
12-11-2022, 16:25 224


Millət vəkili Emin Hacıyev özünə yeni villa alıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən 3 mərtəbəli malikanə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşir. 1.5 milyon manat dəyərində olan villa deputatın qohumunun adına alınıb.

Saytımıza verilən məlumatda bildirilir ki, E.Hacıyevin yeni evinin alqı-satqısı ilə bağlı əməliyyat Bank Respublika vasitəsi ilə aparılıb. Belə ki, 1.5 milyon manat dəyərindəki villanın 600 min manatı bank vasitəsilə ödənilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

32gun.az