Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olaraq ölkəmizin ictimai-siyasi həyatında daima mühüm rol oynayacaqdır!

Gündəm / Aktual
18-11-2022, 11:30 237

Yeni Azərbaycan Partiyası tarixdə bu günədək heç rast gəlinməyən siyasi təşkilatlardan biri hesab olunur ki,onun lideri, partiyanın sədri yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi.Hadisə- nin özü ulu öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə edir,eyni zamanda YAP-ın ölkədə həm haqqın, həm də xalqın partiyası kimi yaranması faktına haqq qazandırma sını əks etdirdi.Ölkəmizin müstəqillik qazandığı ilk illərdə yaşanan həlli çox çətin olan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışın-dan sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı.Qarışıqlıq,xaos, özbaşınalığın ictimai-siyasi sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan güclənnməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu.
Xatirimdədir 1994-cü il sentyabr ayının 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan,dünyada analoqu olmayan neft müqaviləsi imzalandı. Beləliklə Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu.Deyərdim ki, bu ilk öncə Azərbaycana olan inamın göstəricisi idi.Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi.Təbii ki, iqtisadiyyatın inkişafı xalqımızın sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi.Xalqın gələcəyə inamı gündən-günə artdı.
İlk gündən hüquqi, dünyəvi,sivil dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir.Ölkədə söz, mətbuat azadlığı təmin edildi İnsan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi.Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Qürurla qeyd edirəm ki,aparılan uğurlu siyasət nəticəsində artıq bu gün ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür.
Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədə-dir.Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyük və əvəzsizdir. YAP uğurlar partiyasıdır desəm,bu tamamilə doğru olardı.YAP bu gün keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilmişdir.Yeni Azərbaycan Partiyası milli mənəvi dəyərlərə son dərəcə diqqəti ilə daima tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirmə-yə çalışır.Bununlada ölkəmizin dünyadakı yerini daha dəqiq şəkildə müəyyənləşdirməyə səy göstərir,xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə almağı vacib sayır. Demokratiyanı ilk növbədə hüquqi dövlət modelinin əsası kimi qəbul edir.Hakim partiya azad bazar iqtisadiyyatının qanunauyğunluqlarını və tələblərini insanların sosial maraqlarının təmin edilməsinə maneə kimi deyil, əksinə onun başlıca şərti kimi dəyərləndirməklə sosial dövlət ideyalarını təbliğ edir, eyni zamanda, milli burjuaziyanın yaranması-nı sabitliyin və inkişafın stimulverici olaraq qiymətləndirir.YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir.Diqqətinizi bir məqama xüsusi olaraq çəkmək istəyirəm, Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir.Ümumiyyətlə hakim Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlmişdi. Başqa sözlə desəm Yeni
Azərbaycan Partiyasının yaranması xalqın istək və arzularının təcəssümü,
yekdil iradənin ifadəsi idi.Beləliklə o vaxt respublikamızın bütün rayon və bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının təsis konfransları keçirildi.Cəmi 1 il ərzində Azərbaycanın 67 rayon və şəhərində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları,1500-ə qədər kənd və qəsəbə ilk təşkilatları yarandı.Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu öndər Heydər Əliyevin fenomen liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir.1993-cü ilin məlum dərin iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının və xalqımızın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər fövqəl idarəçilik keyfiyyətlərin-dən məharətlə istifadə edərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış,çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur.Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini, gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi.Xalqımız yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev üzərinə götürə bilər.Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi.Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başlamışdır.2003-cü, 2008-ci və 2013-cü illərdə isə ümummilli lider Heydər Əliyev siyasi kursunun alternativsiz davamçısı kimi Prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri idi.2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III qurultayının nümayəndələri çox şərəfli bir seçimə imza ataraq, cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Bu onu deməyə tam əsas verirdi ki, Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri,yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək, müstəqil və müasir Azərbaycan quruculuğunda fəal iştirak edir.Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının növbəti böyük nailiyyətlər əldə etməsinə əsas zəmin olmuşdu. 30 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.Son illərin sosial-iqtisadi uğurları bunu bir daha sübut etdi ki, ölkəmizdə bütün sahələr ölkə prezidentinin diqqət və qayğısındadır.Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır.Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2013-cü ilin iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın Sədr müavini seçilməsi,bu siyasi təşkilatın fəaliyyətinə yeni güc gətirdi.
Partiyamızın sədr müavini Mehriban xanımın fəaliyyəti xalqımız tərəfindən həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir.Bildiyimiz kimi Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoymhşdur.Mehriban xanım Əliyeva tərkibində 760 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.Saydığım bu amillər, Mehriban xanım Əliyevanın YAP Sədrinin 1 ci müavini Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərmişdir. Göründüyü kimi,
Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir.O, fəal ictimai-siyasi xadim kimi,Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görməklə yanaşı, Partiyamıza təkcə kəmiyyət baxımından deyil, keyfiyyət tərəfinə də diqqət yetirir. Ümumiyyətlə Birinci xanım Mehriban Əliyeva 1992-ci ildən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan,ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəal üzvü olub və bu gün partiyanın Sədr müavini kimi Partiyamızın yüksələn xətlə inkişafı üçün böyük işlər görür.Deyərdim ki,Partiyamızın davamlı inkişafı üçün Sədrin I müavini Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti əsl örnəkdir ! Bütün bunların nəticəsi kimi mən qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir hakim siyasi təşkilat olaraq ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz işlər görür.Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
Xüsusi qeyd etmək yerinə düşərdi ki,YAP Şanlı Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə də hər zaman dövlətinin və xalqın yanında olduğunu növbəti dəfə nümunə olaraq göstərdi.
Partiyamızın istər şəhid ailələri,istərsə də 44 günlük Vətən Müharibəsi iştirakçılarına xüsusi olaraq göstərdikləri dövlət qayğısını şəhid ailələri,Qazilər və qədirbilən xalqımız alqışlayırlar.
Sonda bir daha qeyd edim ki,Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra YAP inkişafının yeni mərhələsinə qədəm qoymuşdur . Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəltmişdir.Qədirbilən xalqımız əmindir ki, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq dünənin, bu günün və gələcəyin partiyası olaraq daima ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayacaqdır!


Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 saylı ƏPT-nın
sədri Vüqar MƏMMƏDOV.