Rusiya çarəsiz qalıb, İran isə sevinir...

Gündəm / Dünya
2-12-2022, 23:23 144
Rusiya çarəsiz qalıb, İran isə sevinir...


İran texnoloji inkişaf sahəsində Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.

Bu sözləri İranın neft nazirinin müavini Əzim Kələntəriasl deyib.

O bildirib ki, Rusiya ilə İranın tarixi yaxınlığı var və Tehran son vaxtlar Moskva ilə əlaqələrin güclənməsi istiqamətində yaranan şəraitdən şaddır:

“Bu, tədqiqat və texnologiyanın inkişafı sahəsindəki işimizə də aiddir”.

Qeyd edək ki, Rusiya tətbiq edilən sanksiyalar və Ukrayna savaşında üzləşdiyi bəzi çətinliklərdən dolayı İranla əlaqələri genişləndirməkdən başqa çarə görmür.