" "France24"ün Araiklə müsahibəsi separatizmi təbliğ edir" - Leyla Abdullayeva

Gündəm / Ölkə
8-12-2022, 13:03 94

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Diplomat "Twitter"də yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.

“Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva bildirib.