Təhsil Nazirliyi bu lövhəni hara vurduğunun FƏRQİNDƏDİR? - ACINACAQLI MƏNZƏRƏ...

Gündəm / Foto
8-12-2022, 16:22 244


Kəlbəcər rayon 127 saylı orta məktəb dağılmaq üzrədir. Məktəbin tavanı çöküb, döşəməsi çürüyüb, parta və yazı taxtaları sınıq-salxaqdır.

Bərdə rayonunun Həsənqaya kəndində yerləşən bu təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkünlər məskunlaşan ərazidə yerləşir.

Məktəbdə 20-dən artıq şagird təhsil alır. Təhsil ocağının mövcud vəziyyəti şagirdlərin və müəllimlərin həyatı üçün təhlükə mənbəyidir.

Sakinlərin sözlərinə görə, qış aylarında vəziyyət daha da acınacaqlı olur. Sinif otaqları odun sobaları ilə qızdırılır deyə uçuq-sökük olduğundan qızmır.

Valideynlər bildirir ki, müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təmin olunmuş məktəblərin olduğu bir vaxtda Həsənqaya uşaqlarının belə məktəbdə təhsil alması utancvericidir. Məktəb demək mmümkünsə...

Həsənqaya sakinləri övladları üçün modul tipli məktəb tikilməsini istəyirlər.

Məktəb rəhbərliyi yeni məktəb tikintisi ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğunu bildirirlər. Rəsmi qurumlardan verilən cavaba görə, sözügedən məktəbin yenidən tikintisi gözlənilmir.
Belediyye.net