Şuşada aksiya iştirakçıları üçün sürpriz - Foto

Gündəm / Foto
14-12-2022, 22:28 182
Şuşada aksiya iştirakçıları üçün sürpriz - Foto


Xəbər verdiyimiz kimi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın yolunda keçirdiyi aksiya bu gün davam edir.

Aksiyanın üçüncü günündə maraqlı anlar yaşanıb.

Belə ki, dinc aksiya iştirakçıları axşam dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Fransa-Mərakeş matçını izləyə bilcəklər. Bunun üçün ərazidə monitor quraşdırılıb. Bu isə aksiya iştirakçıları üçün sürpriz olub. Təşəbbüs isə matçın yayım hüququna sahib İctimai Televiziyadan gəlib.

Monitorun quraşdırılması rusiyalı sülhməramlıların da marağına səbəb olub.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.