Ukrayna Rusiyanı BMT-dən xaric etməyə çağırdı

Gündəm / Dünya
26-12-2022, 22:29 199
Ukrayna Rusiyanı BMT-dən xaric etməyə çağırdı


Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı BMT -dən çıxarmağa  çağırıb.

Bu barədə məlumat departamentin saytında yerləşdirilib.

"Ukrayna Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etməyə və ölkəni bütövlükdə BMT-dən çıxarmağa çağırır", - XİN-in bəyanatında deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı guya BMT Təhlükəsizlik Şurasının daimi üzvünün yerini tutmaqda, qanunla müəyyən edilmiş prosedurlardan yan keçməklə, BMT-yə üzvlüyün sülhsevər dövlətlərə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi və qərarı ilə verildiyini əsas gətirərək ittiham edib.

Bəyanatda həmçinin bildirilir ki, Ukrayna Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməkdə və sülhpərvərlik prinsipini pozmaqda ittiham edir.

2022-ci ilin iyununda Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə Rusiyanı Təhlükəsizlik Şurasından xaric etməyə çağırıb.