Ali Məhkəmənin hakiminin diplomu saxtadır! - FOTOFAKT
Gündəm / Cəmiyyət
28-12-2022, 12:12
222
Dekabrın 23-də Milli Məclisin Plenar İclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük ajiotaja səbəb olub.
Tereqqi.az bildirir ki, Yenisabah.az-a bu barədə olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: “Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv hazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub. Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən “Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)”.
Məlumatlı şəxs deyib ki, A.Hüseynov qanunsuz fəlaiyyət göstərən bu institutda cəmi 2 il təhsil alıb: “Diplomda göründüyü kimi, guya əyani formada təhsil alıb. Bu dönəmdə o, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Demək əyani təhsil qeyri-mümkündür. Adam bioqrafiyasında bitirdiyi ali məktəbin adını bilərəkdən səhv yazıb, 2 il “təhsil aldığı” qanunsuz ali məktəbin diplomu ilə 7 il Apellyasiya məhkəməsində, 2020-ci ildən indiyə kimi isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır. Analoqu olmayan hadisə baş verib. İki illik saxta diplomla məhkəmə sisteminin ən yüksək instansiyalarında hakim işləmək olarmış”.
Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir.