"Dedilər ki, gözləyək, durumun daha da ağırlaşsın, sonra pensiya təyin edək..." - Burası AZƏRBAYCANDIR!

Gündəm / Video
29-12-2022, 09:22 157

“Toxun acdan xəbəri yoxdur. Həqiqətən yoxdur. Kim necə yaşayır, yaşasın”

2011-ci ildən bəri əlilliyinə görə 260 manat pensiya alan Əlvan Quliyev ötən ildən bu vəsaitdən məhrum edilib. O deyir ki, onu get-gələ salsalar da, pensiyasını niyə dayandırdıqlarını açıqlamırlar:

Tereqqi.az bildirir ki, 2-ci qrup əlil olan Ə.Quliyev səhhətindəki problemlərə görə heç bir fiziki işlə məşğul ola bilmir.

Vətəndaş pensiyasının bərpa edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, ona imtina cavabı verilib.

TSEK-dən bildirirlər ki, vətəndaş noyabrın 2-də agentlikdə əyani müayinə edilib. Müayinə nəticəsində Əlvan Quliyevin hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Qurumdan qeyd edilib ki, bu səbəbdən vətəndaşın əvvəlki imtina qərarı qüvvədə saxlanılıb.

Daha ətraflı aşağıdakı videoda: