“Meliorasiya və Su Təsərrüfatı” ASC 3,3 milyonluq avtomobil alır
Gündəm / Cəmiyyət
7-01-2023, 17:37
169
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Hayat Group” MMC olub.
Dövlət idarəsi avtomobil nəqliyyat vasitələrinin satınalınmasına görə, “Hayat Group” MMC-yə 3 milyon 306 min manat ödəyəcək.
Qeyd edək ki, 148 min 520 manat nizamnamə kapitalı olan “Hayat Group” MMC-nin qanuni təmsilçisi İbrahimov Babək Mikayıl oğludur.
Məlumat üçün əlavə edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi veb-saytında Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi Əliyev İlqar Əhəd oğlu olduğu qeyd olunub.
Yeniavaz.com