Zelenski Medvedçuk və daha üç siyasətçinin vətəndaşlığını ləğv edib - FOTO

Gündəm / Dünya
11-01-2023, 07:58 145


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 4 xalq deputatının vətəndaşlığını ləğv edib. Bunlar Viktor Medvedçuk, Taras Kozak, Andriy Derkaç və Renat Kuzmindir.

Bu barədə dövlət başçısı videomüraciətində bildirib.

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış materiallar əsasında və Konstitusiyaya uyğun olaraq, mən 4 nəfərin - Andrey Leonidoviç Derkaç, Viktor Vladimiroviç Medvedçuk, Taras Romanoviç Kozak, Renat Ravilyeviç Kuzminin vətəndaşlığına xitam vermək qərarına gəldim”, - deyə o bəyan edib.

Viktor Medvedçuk siyasətçi, Rusiya prezidenti Vladimir Putinin yaxın adamıdır. O, dövlətə xəyanətdə, Luqansk və Donetskdəki terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinir. Deputat bir neçə ay ev dustaqlığında olub. Daha sonra o, 200 Azovstal müdafiəçisi ilə dəyişdirilib.

Taras Kozak Krımda dövlətə xəyanətdə, müharibə qaydalarını pozmaqda və milli sərvətləri talamağa cəhddə şübhəli bilinir. Onun şirkətlərinə məhdudiyyətlər qoyulub. Kozaka qarşı sanksiyalar Donbassın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən kömür tədarükü ilə əlaqədar tətbiq edilib.

Andriy Derkaç və Renat Kuzmin də dövlətə xəyanətdə şübhəli bilinir.

Mənbə: rbc.ua