Prezident Yaşıl enerji layihəsindən DANIŞDI
Gündəm / Iqtisadiyyat
2-02-2023, 22:54
206
Yaşıl enerji istiqamətində də çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji, böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq: “Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaq.