Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? - Fəhlələr FAKT AÇIQLAYIR...
Gündəm / Cəmiyyət
4-02-2023, 14:16
162
SOCAR Kompleks Qazma İşləri Trestində acınacaqlı mənzərə hökm sürüb. DİA.AZ bildirir ki, bu barədə tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti paylaşımında qeyd edib.
M.Qəhrəmanlı narazı neftçilərə istinadən yazır: "Kompleks Qazma İşleri Trestində vəziyyət pisdir. İşçiləri 1 ay quruya, 2 ay dənizə göndərirlər. Elə vaxt olur ki, hava şəraiti əlverişsiz olur, külək olur... getmək olmur... Günlərini yığa bilmirlər. Elə olan vaxtı idarəyə cağırırlar... - Sahil qəsəbəsindəki qaraja - "tanpanaj"a cağırırlar.
Hər gün ora get-gəl... Quru növbəsi çatanda da işçləri ora çağırırlar... Gedib-gəlmək bir ayrı zülümdür. Nə düzgün dənzdə gün yığmaq olmur, nə də quruda...
Hər kəsin borcu-xerci... bank krediti var... Vəziyyət çox pisdir. Əksər hallarda gecə pullarımız da kəsilir. Yazmırlar... İndi də 12 saatlıq iş rejiminde işləyrik. Onu kəsib ediblər 10 saat. 2 saatımızı kəsirlər və nəticədə əməkhaqında azalma olub.
Bu ay 16 is günümüzdən 2 gününü kəsiblər. 250-300 manat əməkhaqqımızı kəsiblər. Xahiş edirəm, köməllik edəsiniz..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...