“Yeni Göyçay” naminə yanınızdayıq...!

Gündəm / Bölgə / Aktual
27-02-2023, 11:30 196

Göyçay rayonu haqqında xəbər və reportajlar, tədbirlərin işıqlandırılması, rayonda görülən işlər, gələcək planların həyata keçirilməsi istiqamətində iqtisadi-inkişafa nail olmaq əsas məqsədlərimizdən biridir. Bu uğurlu yolda bizə yaxından dəstəyinizi gözləyirik...! Göyçayımızı, ümumiyyətlə Vətənimizi sevən heç kimsə, milli və müqəddəs amalımıza əngəl yaratmağa çalışmaz! Kiçik bir vaxt ayırmaqla xeyriyyə işlərimizə ciddi təkan vermiş olacaqsınız. Sakinlərin maarifləndirilməsi, qanuna müvafiq tədbirlərin həyata keçirilməsi, təklif, müraciət və şikayətlərinizin aidiyyatı üzrə təqdim edilməsi, eyni zamanda araşdırılması üçün əlimizdən gələni edəcəyik.
 
Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin etimad göstərərək, Göyçay rayonuna təyin etdiyi icra başçısı cənab Natiq Ağayevə dəstək olmalıyıq ki,  "Yeni Göyçay" adı ölkəmizə səs salsın!
 
Sonda açıqlamamı prezident Ilham Əliyevin - ən sevdiyim ifadəsi ilə bitirmək istəyirəm; "Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir".
 
Göyçay qəzetinin redaktor müavini, "YouTube -GÖYÇAY TV" kanal təsisçi rəhbəri:
Fatimə Mövsüm