Həftədə 4 gün çalışan ölkələr - Yeni iş rejiminin nəticələri
Gündəm / Dünya
7-03-2023, 17:24
149
İngiltərədə aparılan bir araşdırmaya görə həftədə 4 gün çalışmaq həm şirkətlər, həm də işçilər üçün daha faydalıdır. 61 ingilis şirkətinin iştirakı ilə 4 günlük iş haqqında təcrübə keçirilib.
Bu təcrübənin nəticəsini təqdim edirik.
Təcrübəyə əsasən işçilərin 62 faizində iş tempinin artdığı, 36 faizində eyni qaldığı, 2 faizində isə azaldığı müşahidə olunub.
Bir çox işçi daha sürətli işləmək məcburiyyətində olduqlarını bildirib. Amma araşdırmaya görə, işçilərin iş yükündə ciddi artım yoxdur.
Bu müddət ərzində işdən çıxanların sayında artım olub. Bununla yanaşı, təcrübə sırasında 2 min 900 işçinin böyük hissəsi məhsuldarlıq, zehni sağlamlıq və iş-həyat tarazlığında yüksəliş yaşayıb.
Təcrübəyə başlayan 61 şirkətin 56-sı 4 gün çalışma müddətini davam etdirir.
Bu prosesi davam etdirən ölkələr isə Belçika, İslandiya, İsveç, qismən Almaniya və İngiltərədir.//Bakupost.az