"Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil" - Nazir
Gündəm / Təhsil
13-03-2023, 14:14
895
"Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci ildə təsdiq olunan təhsil standartında var idi".
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər:
“2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.