Zelenski Rusiya Maliyyə Nazirliyinə sanksiya tətbiq etdi

Gündəm / Dünya
1-04-2023, 22:20 143
Zelenski Rusiya Maliyyə Nazirliyinə sanksiya tətbiq etdi


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı 10 il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Sənədə əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Hesablama Mərkəzinə də sanksiyalar tətbiq edilib.

Bununla yanaşı bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.