Bu poliklinikalarda qəti şəkildə"rentgen müayinəsi" almayın - VİDEO

Gündəm / Video
5-04-2023, 16:27 165
Bu poliklinikalarda qəti şəkildə"rentgen müayinəsi" almayın - VİDEO


Paytaxt Bakıda bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Artıq paytaxtda yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen müayinəsi xidməti göstərilmir. Çünki radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə"nin olmaması səbəbindən həmin tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova "Xəzər Xəbər"ə bildirib ki, Bakı və ətraf regionlarda yerləşən tibbi müəssisələrdə, xəstəxana, tibb mərkəzlərində mütəmadi olaraq TƏBİB və digər aidiyyətı qurumlar tərəfindən monitorinqlər aparılır.Xezerxeber.az