Köhnə tender çempionu “Zaferoğlu İnşaat” şirkəti YENİDƏN `EFİR`DƏ... - İLGİNC İDDİALAR...

Gündəm / Foto
6-04-2023, 13:10 127
Köhnə tender çempionu “Zaferoğlu İnşaat” şirkəti YENİDƏN `EFİR`DƏ... - İLGİNC İDDİALAR...


Daha bir səs-küylü tender nəticəsi elan olunub.

Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi hazır-reabilitasiya vasitələri tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Zaferoğlu İnşaat" MMC (VÖEN: 1001933371) seçilib.

Qalib şirkətə 1 036 020 manat ödəniləcək.

Qeyd edək ki, burada səs-küy yaradan səbəb nə tenderin məbləğidir, nə də mahiyyəti. Məsələ qalib gələn MMC ətrafnıdadır.

Belə ki, DİA.AZ olaraq internet üzərindən bu MMC ilə bağlı araşdırma apardıq və ortaya ilginc faktlar çıxdı.

Yayılan məlumatlara görə, “Zaferoğlu İnşaat” şirkəti ölkəmizdə, Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər ölkələrdə təmir, tikinti, dizayn işləri ilə məşğuldur. Məlumatda qeyd olunur ki, “Zaferoğlu İnşaat” şirkəti paytaxt Bakıda yeni və köhnə mənzillərin təmiri işlərində ilk yeri tutan şirkətlərdən biridir. Şirkət hər il təkcə paytxat Bakıda bir neçə milyonluq iş həyata keçirir.
Məlumatda bildirilir ki, “Zaferoğlu İnşaat”ın rəhbərliyi görülən işlərin bir hissəsini sənədləşdirilmədən həyata keçirməklə vergidən yayınır. Belə ki, şirkət əsasən yeni binalarda evlərin təmir edilməsi işlərində maliyyə müqaviləsini bir neçə dəfə azaldaraq sənədləşdirir. Ancaq bir çox müqavilələr var ki, şirkət dəyəri yüzmin manatlarla ölçülən işlərə görə vergi vermir.
Mənbə yazır ki, “Zaferoğlu İnşaat”ın prezidenti Zəfər Məmmədov əlaqələrindən istifadə edərək vergi işçilərinə “hörmət” etməklə problemini çözür. Zəfər Məmmədov dəfələrlə yaxın ətrafındakı şəxslərə açıq-aşkar deyib ki, “vergidən narahat olmayın, hamı necə, bizdə o cür hesabımızı verib işimizi görürük”.
Göndərilən məlumatda qeyd olunur ki, bir neçə ay öncə paytaxt sakinlərindən biri şirkəti məhkəməyə verib. Hazırda həmin məhkəmə prosesi davam edir. Şirkət vətəndaşın evinin təmiri zamanı vergidən yayınıb. Son 6 ayda şirkətin paytaxtda həyata keçirtdiyi 50 yaxın təmir işinin çox hissəsi məhz Zəfər Məmmədov tərəfindən vergi orqanlarından gizlədilib.

Hər halda, reputasiyası bu şəkildə ZƏDƏLƏNMİŞ bir MMC-yə böyük həcmdə vəsaitin ayrılması kifayət qədər şübhəli görünür ki, bunu da aidiyyatı qurumların araşdırması vacibdir.

Qarşı tərəfi də Tereqqi.az olaraq dinləməyə hazırıq.