“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Lənkaranda təqdimatını keçirdi

Gündəm / Foto
11-04-2023, 23:14 200

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi ilə bağlı Lənkaran Sosial və Aqrar–Texnoloji Kollecində hazırladığı sosial videoçarxın təqdimatını və konfrans keçirib. Qeyd edək ki, layihənin əsas məqsədi narkotik maddələrin və psixotrop maddələrin gənclər arasında yayılması və istifadəsinin qarşısının alınması, narkomaniya əleyhinə genişmiqyaslı təbliğat işlərinin aparılması, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olunması, rayonlarda yaşayan gənclərin sosial aktivliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, mövzuya aid məzmunlu və təsirli sosial videoçarx hazırlayaraq ictimaiyyətə təqdim etmək idi.
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Lənkaran rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Lənkaran Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin və Lənkaran Sosial və Aqrar–Texnoloji Kollecinin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistic göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.