Sakinlərin şikayət ərizələri PA-dan, Yasamal RİH-ə göndərilir... - vətəndaşlara deyirlər ki, məsələ bizlik deyil...

Gündəm / Mətbəx / Foto / Sosial
15-05-2023, 13:12 10 452

Ölkə mediası dələduz, cinayətkar MTK rəhbərlərindən yazan kimi məhkəmələrə müraciət edib, guya pozulmuş hüquqlarını müdafiə etməyə çalışırlar.
Təsəvvür edirsiniz MTK-lardan narazı olan sakinlər Prezident Administrasiyasına, Baş Prokurorluğua və digər qurumlara müraciət edirlər, amma heç bir nəticə olmur. Sonra çarəsiz qalan vətəndaşlar ölkə mediasına, qəzetlərə, saytlara üz tuturlar. Yenə lazım olan nəticə alınmır. Əlacı hər yerdən kəsilən bina sakinləri axırda yığışıb fb səhifəsi yaradırlar və çıxış yolunu bunda görürlər.
Sözün düzü, “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevin qanunsuz əməlləri barədə xeyli vaxtdır ki, yazırıq. Bu gün yenidən mövzu ilə bağlı araşdırma zamanı gözlənilmədən Dərəçiçək fb səhifəsinə rast gəldik. Və düşündük ki, yəqin MTK özünü reklam etmək üçün yaradıb. Amma səhifə ilə tanış olanda məlum oldu ki, bu səhifəni narazı sakinlər yaradıblar.
Dərəçiçək MTK sakinlərinin problemləri https://www.facebook.com/derecicekmtk Yasamal r. A.M. Şərifzadə küç., 571-ci məhəllə ev 33 İndi isə sakinlərin müraciətinə fikir verin. Salam olsun. Səhifəni yaratmaqda məqsədimiz Yasamal r. A.M. Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən Dərəçiçək MTK sakinlərinin uzun illərdən bəri yığılıb qalmış problemlərini həll etməkdən ibarətdir. İkinci sakinin müraciətinə cavaba baxaq: Yasamal rayonu, 571-ci məhəllə, Dərəçiçək MTK binasında yaşayan Həmidov Vüsal Arif oğluna...
Sizin Azərbaycan Respublikası Prezidentin cənab İlham Əliyevə ünvanladığınız müraciətinizə Yasamal Rayon İcra Hakimiyyətində baxılmışdı. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyildir.
İndi başqa bir şikayətçi sakinin durumuna nəzər salaq: Sizin Birinci Vitse -Prezidentin Katibliyinə daxil olmuş müraciətiniz baxılmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yasamal Rayon İcra hakimiyyəti isə cavab yazır ki, bu məsələ bizim səlahiyyət daxilində deyil. Başqa bir sakin yazır: Ev 6 ildir tikilmir ki, tikilmir, bu nə biabırçılıq, bir mənzili 3-4 nəfərə satıblar.
Bu səhifədə rast gəldiyimiz acınacaqlı nümunələrdən bir hissəsidir. İndi biz bir media olaraq “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevdən soruşuruq ki, buna nə deyirsən..?
Bu şikayətləri ki, biz yazmırıq. Digər bir vacib məsələ. Prezident Administrasiyası vətəndaşın şikayətini Yasamal RİH-ə göndərir, icra hakimiyyəti deyir ki, bu məsələ bizlik deyil. Vallah belə etmər olmaz, bu ötür-ötür oyunudur. Vətəndaşları bu dərəcədə dövlətdən narazı salmaq ən azından insafsızlıqdır. Rauf Əliyev kimdir ki, dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmə, prokurorluq onun qarşısında aciz qalıb.
Ümid edirik ki, yaxın zamanlarda sakinlərin haqlı narazılığı yuxarı orqanlara çatacaq və Rauf Əliyev həbs olunacaqdır. //gundelik-baku.com//