Ağcabədidə Qarabağ Qazisini dinləyən yoxdur - AXI NİYƏ?!

Gündəm / Texnologiya
30-05-2023, 13:59 49
Ağcabədidə Qarabağ Qazisini dinləyən yoxdur - AXI NİYƏ?!


Ağcabədi rayonu, Rəncbərlər kənd sakini Həsənov Nurlan Bayram oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Evsiz olan müharibə iştirakçısı deyir ki, ev tikmək üçün Bələdiyyədən torpaq istəsə də, yox cavabı verilib:

“Mən, Həsənov Nurlan Bayram oğlu, yazaraq sizə bildirirəm ki, 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişəm. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü müraciət edib, Fizuli, Zəngilan, Qubadlı, Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.

Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Xocavəndin, Qubadlının azad edilməsi üçün medalla təltif olunmuşam.

Cənab baş nazir Əli Əsədov tərəfindən Vətən müharibə iştirakçısı medalı ilə də təltif olunmuşam. II Qarabağ müharibəsi veteranıyam.

Kasıb ailənin övladıyam. Ağcabədi rayonunun icra başçısına dəfələrlə müraciət edib xahiş etmişəm ki, mənə ev tikmək üçün torpaq verilsin. Kəndin bələdiyyə sədri Bayramov Zahir Naib oğluna dəfələrlə müraciət etmişəm, xahiş etmişəm ki, mənə torpaq verilsin, ev tikim. Bələdiyyənin balansında olan torpaq üçün də müraciət etmişəm. Əkmək üçün də torpaq vermirlər.

Sizdən xahiş edirəm ki, mənim şikayətimi işıqlandırın.

İcra Hakimiyyətindən ev tikmək üçün torpaq sahəsi istəyirəm, Bələdiyyədən əkib-becərmək üçün torpaq istəyirəm”.