Gəncədə sanitar qadın özünü tibb bacısı hesab edir - REAL FAKT

Gündəm / Cəmiyyət
5-06-2023, 13:14 140

Hörmətli oxucular!

Gəncə şəhər Təcili Tibbi Yardımında qeyri-adi qanun pozuntusu aşkarlanıb. Belə ki, sözügedən tibb müəssisəsinin sanitar kimi çalışan xanım əməkdaşı özünü tibb bacısı kimi apararaq bura gələn pasiyentlərə damar iynəsi vurmaqdan çəkinmir. Qeyd edək ki, faktla bağlı Gəncə şəhər polisində araşdırma aparılıb. Gəncə şəhər səhiyyəsinin direktoru İlkin həkim bununla bağlı olduqdan sonra Təcili Tibbi Yardımın Baş həkimi Namiq həkimi tutduğu vəzifəsindən azad etsə də, Lamiyə xanımın özünə güldən ağır söz deyən olmayıb. Halbuki qayda pozuntusuna məhz elə Lamiyə xanım tərəfindən kobud şəkildə yol verilib.

Gəncə şəhər polis idarəsində Lamiyə xanım sorğu-suala cəlb edilsə də, sonradan o da məlum oldu ki, İlkin həkimin himayəsi sayəsində vəziyyət elə qaldığı yerdən də davam edir. Yəni Lamiyə xanım günü bu gün də qeyri-qanuni şəkildə tibb bacısı kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Mustafayev niyə vəzifəyə təyin etdiyi səlahiyyətli şəxsin, Gəncə şəhər səhiyyəsinin direktoru İlkin həkimin qanunazidd hərəkətinə göz yumur. Bəs Gəncə RİH başçısı Niyazı Bayramovun başçılıq etdiyi regionda bu boyda özbaşınalığın açıq-aşkar şəkildə hökm sürməsinə nə ad verməli?

Mövzunu diqqətdə saxlayacağıq.

Bizi izləyin...

Yazıda adı çəkilən hər kəsin söz haqqını tanıyırıq.

Qaynar-xett.az/