Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi

Gündəm / Siyasət
12-06-2023, 21:09 309

Xalqın ulu öndərə Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, vətəninə sonsuz və  təmənnasız sevgisi.

Artıq hər kəsə məlumdur ki, dahi şəxsiyyət Heydər Əliyevin qədirbilən xalqımızın taleyinə yazılmış xilaskarlıq və qurtuluş missiyası ölkəmizi məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Əmin-amanlığı siyasi-iqtisadi stabilliyi və qayda-qanunu bərqərar etdi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi. Münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.

İdarəetmə sistemi formalaşdırıldı,insanlarda öz dövlətinə inamı qaytarıldı.Neft müqavilələri imzalandı və beləliklə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.Şübhəsiz ki, bütün bu saydıqlarım qədirbilən xalqının ulu öndərə olan möhkəm, sarsılmaz inamı və dəstəyi sayəsində oldu. Canlı şahidi və iştirakçısı olduğum bir məsələ barəsində də qürurla qeyd etmək istəyirəm ki,bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaş dırdı,belə ki,bu imicin adı Azərbaycan modeli idi. Bu reallıqdır! Dünyanı və güclü dövlətlərin iqtisadiyyatını çökdürən COVİD 19 virusu ölkəmizdə ona qarşı xalqımızla birlikdə Qətiyyətli Prezidentimiz İham Əliyev kəskin qadağalarla mübarizə apardı, qısa müddət ərzində virus ölkəmizdə məhv edildi.Məhz buna görə də Azərbaycanın unikal təcrübəsi bütün dünya tərəfindən qəbul edilir, bəyənilir. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə də öyrəniləcək.Deyərdim ki, istər pandemiya dövründə, ümumiyyətlə bütün zamanda insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələyə çevrilmişdir.Hələ təməli 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.Ölkəmizdə bu siyasətin əsasını isə ümummilli Lider Heydər Əliyev və onun şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti qoymuşdur. Fikrimin sonunda əminliklə bildirmək istəyirəm ki,hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı, Ümummilli Lideri olan Heydər Əliyev irsinə,hər dövr üçün aktual olan dinclik və stabilliyə,sosial-rifaha və dinamik iqtisadi inkişafa hesablanmış siyasətinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Bu dahi insanın, xalqımızın xilaskarının,qəhramanının, Heydər Əliyevin bütün ideyaları və arzuları xalqımızın qəlbində daim yaşayacaqdır və xalqımız tərəfindən fəxrlə yaşadılacaqdır! Bunu artıq xalqının Ulu öndər Heydər Əliyevə və Heydər Əliyevin isə mənsub olduğu Azərbaycan xalqına, vətəninə sonsuz və təmənnasız sevgisi sübut etmişdir.

Vüqar Məmmədov.
Yeni Azərbaycan PartiyasıSaatlı rayonu 15 saylı ƏPT-nın sədri