Karqo şirkətində BİABIRÇILIQ: Jurnalistin məhsulunu zay etdilər - FOTO
Gündəm / Ölkə
21-06-2023, 14:49
217

Ölkədə fəaliyyətdə olan karqo şirkətləri ilə bağlı zaman-zaman narazılıqlar gündəmə gəlir. Bu dəfə narazılıqlardan biri həmkarımız, jurnalist Çingiz Səfərli tərəfindən olub.
Tereqqi.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Çingiz Səfərli öz feysbuk hesabında məlumat verib.
Paylaşımda bildirilib ki, "Sürət Karqo MMC" adlı daşıma şirkəti 2 gün ərzində ona çatacaq məhsulu 3 gün sonra gətirib. Nəticə məhsul xarab olmuş vəziyyətdə çatdırılıb.

