Daşkəsəndə QOÇU PEYDA OLUB... - ÖZBAŞINALIQ!

Gündəm / Təhsil / Aktual
29-06-2023, 11:11 2 459
Daşkəsəndə QOÇU PEYDA OLUB... - ÖZBAŞINALIQ!


"Azərbaycan Reallığı"na video şikayət göndərən Daşkəsən rayon Qaraqollar kənd sakini onun şikayətini olduğu kimi ictimailəşdirilməsini xahiş edib, sözü gedən vətəndaşın yazılı ve video şikayətini sizlərə təqdim edirik:

Biz kənd təsərrüfatı ilə məşğul oluruq. Xırda buynuzlu mal-qara saxlayırıq. Qışda qışlağa, yayda yaylağa, yəni Daşkəsən rayon Qaraqollar kəndinin üstünə aparırıq. Bizim dolanışığımız burdandır. Qaraqollar kəndinin məktəb direktoru Mustafayev Vasif bizim sənədlə olan yerə qeyri qanuni sahib çıxmağa çalışır. Ən son bu gün gəlib bizim çobanları söyərək təhqir edib.

Çobanım da mənə zəng vurdu olanları danışdı. Getdim hadisə yerinə, həqiqətən də Vasif ordadır. Yerimin sənədi ola-ola bildirir ki, yer mənimdir. Yeri gəlmişkən onu da bildirim ki, Vasif Mustafayev həm də direktordu. Halbuki, həmin saatda, yəni 12:00 - da Vasif Mustafayev iş yerində olmalıydı. Deməli,bu adam öz məsuliyyətini dərk etmək əvəzinə gəlib qoçuluq edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. //"Azərbaycan Reallığı"//