Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Foto
6-07-2023, 11:15 1 633
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?


Nərimanov Tibb Mərkəzinin baş direktoru - 5 saylı Kliniki Xəstəxananın baş həkimi Fazil Alməmmədovun məsul vəzifələrə gətirilərkən onun sənədləri Prezident Administrasiyasından, DTX-dən, TƏBİB-dən və Səhiyyə Nazirliyindən necə keçirilib?

(Əvvəli burada: Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır... - İLGİNC İDDİALAR...)

Beləliklə, 8 saylı poliklinkada (adını indilərdə 1 saylı ediblər) heç bir iş görməyiblər, pullar 8 ay bundan qabaq yeyilib-dağıdılıb.

Bunu adı çəkilən səhiyyə müəssisələrinə baş çəkərkən bir daha şahidi olduq… İndi yalandan iş göstərmək istəyirlər. Heç bilirsiniz necə???

"Təzadlar" yazdı, Fazil Alməmmədov "obyekt"ə gəldi, əməkdaşımıza təzyiq etdirdi…
Məlumat üçün bildirək ki, 8 saylı poliklinikaya təmir üçün 70 min 670 manat vəsait ayrılıb… ""Nərimanov Tibb Mərkəzinin" tabeliyindəki Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 11 ünvanında yerləşən 8 nömrəli Şəhər poliklinikasının inzibati binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin" satın alınması üçün tender elan edilib... "TFM-SMART PROJECT" MMC qalib olub. Olsun! Əsaslı təmirə görə isə pul vəsaitləri dərhal da tenderi udan şirkətə köçürülüb. Köçürmələr 25 oktyabr 2020-ci ildə icra edilməyə başlanılıb. Hansı ki, tender udulan gündən maksimum 1 ay ərzində işə başlanılmalı idi. Lakin bu günədək bu iş görülməyib və yalnız "Təzadlar" dünən bu barədə yazan kimi Fazil Alməmmədov bu gün adamlarını poliklinikanın ətrafına tökərək təmir görüntüsü yaratmağa çalışıb. Bu artıq korrupsiya cinayətidir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə rəsmi müraciət ediləcək, sənədlər araşdırılmalıdır ki, ötən müddət ərzində büdcədən "Kapitalbank"ın Nərimanov filialına köçürülən pullar necə silinib, işlər niyə görülməyib. Hansı ki, bu əməl dövləti aldatmadır, vəzifə saxtakarlığıdır.


Bu gün isə texniki əməkdaşımıza poliklinikaya baxış keçirərək vəziyyəti dəyərləndirməsini tapşırdıq… O, poliklinikada olarkən fotoşəkil çəkib, lakin dərhal mühafizəçilər onu əhatəyə alaraq fotoaparatın yaddaşındakı şəkilləri pozmağı tələb ediblər… Bu isə "Media haqqında" Qanunun tələblərinə görə, jurnalistin peşə fəaliyyətinə mane olmaqdır!

Ardınca isə orada olan Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov bayıra çıxıb, mühafizəçilərə verdiyi tapşırığa əsasən, əməkdaşımızı poliklinikanın 300 metr məsafəsinədək müşayiət edərək onun oradan fotoşəkil çəkməsinə imkan verməyiblər.

Nəhayət, məcbur olub "Təzadlar"ın Araşdırma Qrupunun üzvləri 8 nömrəli poliklinikadakı vəziyyəti qiymətləndirmək üçün əraziyə getməli oldular. Gördüklərimiz isə bizi məyyus etdi…

Əməkdaşlarımız Fazil Alməmmədovun 3 mühafizəçi ilə nəzarətə götürülmüş poliklinikasından şok görüntüləri necə çəkdi???

Beləliklə, biz ərazidə olduq… Həyətində pişiklərin baş-başa verərək məzələndiyi poliklinikanın təmir pulları silinmiş ərazisindəki mənzərə sübut edirdi ki, Fazil Alməmmədov da zəhmətkeş tibb işçiləri ilə məzələnir… Poliklinikada olarkən adının çəkilməsini istəmədiyimiz məsul şəxs aldadıcı sualımızı cavablandıraraq bildirdi ki, günlərin birində təmiri görməli olan MMC rəhbərliyi gəlib baxıb, tenderdən qabaq layihə hazırlanıb, sonra işlər dayanıb və o gedən gediblər…

Aşağıda fotoşəkilləri paylaşırıq ki, Fazil Alməmmədov əməkdaşlarımızın bir poliklinikaya cəlb etdiyi 3 mühafizəçini necə aldadıb görüntüləri qeydə aldıqları ilə ətraflı tanış olsun…

Fazil Alməmmədovun ailə tərcümeyi-halı: "Atası Çoban Alməmmədov Tovuzda oğurluq üstündə həbs edilib, digər qardaşı Fevral Alməmmədov Astraxanda dövlət əmlakını mənimsəmə cinayətinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib, digər qardaşı Tural Alməmmədov isə 2017-ci ildə terror əməlinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb…".

Biz Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədovun tenderlərlə dövləti siyasətə necə badalaq vurduğunu daxil olmuş digər məlumatlarla ətraflı yazmaq istəyirdik ki, redaksiyamıza adının çəkilməsini istəməyən ətrafının verdiyi şok fakt və məlumatlar daxil oldu… Sadəcə, inanılmaz faktlardır. Diqqət edin: məlum olur ki, Fazil Alməmmədovun atası Çoban Alməmmədov Tovuzda oğurluq üstündə həbs edilib… Digər qardaşı Fevral Alməmmədov isə Astraxanda dövlət əmlakını mənimsəmə cinayəti törətdiyinə görə bu yaxınlarda 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdən buraxılması üçün Fazil Alməmmədovun Rusiyadan olan dost-tanışlarının belə cəhdləri uğursuz alınıb (Hökmün surəti redaksiyamıza göndərilib). Hazırda hökmdən apellyasiya şikayəti verilməsinə çalışılır və s.

Nəhayət, ən dəhşətli fakt: Baş direktor və baş həkim Fazil Alməmmədovun digər qardaşı Tural Alməmmədov isə… Diqqətlə oxuyun: Tural Alməmmədov 6 il əvvəl - 2017-ci ildə terror əməlinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb… Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun rəsmi saytlarına istinadla həmin cinayət əməlinin təfərrüatlarını əldə etdik. Məlum olur ki, Bakının Qaraçuxur qəsəbəsi ərazisində 2017-ci il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış. Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb, o, terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda isə deyilir: «…dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli F.Sadıqovun, Tural Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub…".

Beləliklə, istintaq materiallarına əsasən, dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı "qolu" kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib. İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə, qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

Sağ ələ keçirilən Fərid Sadıqov isə ifadəsində göstərib ki, "…Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq…".

- Bəs qardaşı belə bir dövləti cinayətdə iştirak edən, atışmada öldürülən Fazil Alməmmədov Nərimanov Tibb Mərkəzinə necə baş direktor, 5 Saylı Kliniki Xəstəxanaya isə baş həkim təyin edilib?

- Onun şəxsi işi Prezident Administrasiyasında, DTX-da, TƏBİB-də, Səhiyyə Nazirliyində yoxlanılmayıbmı?

- Bu təyinatda kimlərin əli olub, kimlər sənədləri saxtalaşdırıb???

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

P.S. Redaksiya Fazil Alməmmədovun maddi əks arqumentlərinə-sübutlarına hörmətlə yanaşır və təqdim etməyə hazırdır…