Binəqədidə təmizləmə adı altında HASAR UÇURDURLAR... - ETİRAZ
Gündəm / Foto
6-07-2023, 13:57
1 539
Binəqədi Rayon İcra Hakimiyyəti təmizlik işləri adı ilə rayonda gördükləri boş tikililəri söküb.
Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi ekspert Turab Rzayev yazıb. O bildirib ki, icra hakimiyyətinin nümayəndələri onun inşa etdirdiyi hasarı “təmizlik işləri” adı ilə söküb:
“Gəlmişəm Binəqədi İcra Hakimiyyətinə. Deyirəm, mənim hasarımı kim və nə haqla dağıdıb?!
Deyir ki, bu gün ərazidə təmizlik işləri aparırdıq. Deyirəm, nə yaxşı zibilləri təmizləyirdiniz?! Deyir, yox, baxırdıq, harada boş tikili var sökürdük. Yəqin səhvən sizin hasarı da sökmüşük.
Rüşvətin kökü kəsilmədikcə, bu ölkədə heç nə düzələn deyil”.
Tribunainfo.az